Ukraynanın Dnepr şəhərində ölkə Milli Qvardiyasının 20 yaşlı əsgəri Ryabçuk Artemi Yuryeviç xidməti silahından hərbçi yoldaşlarına atəş açıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hadisə ötən gecə yerli vaxtla saat 03:40 radələrində (Bakı vaxtı ilə 05:40) baş verib.
Nəticədə Ukrayna silahlı qüvvələrinin dörd hərbçisi və 1 nəfər mülki işçi olan qadın qətlə yetirilib. Daha beş nəfərin yaralandığı bildirilir.
Hadisə ilə əlaqədar Ukrayna Milli Polisinin və Milli Qvardiyasının bölmələri xüsusi hazırlıq səviyyəsinə gətirilib.
Törədilən cinayətin motivləri hələlik məlum deyil.
Milli Qvardiyanın komandiri, general-polkovnik Nikolay Balan təcili olaraq hadisə yerinə yola düşüb.