Bakının Binəqədi rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
108-B marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusunun sürücüsü Vüsal Məmmədov sükana nəzarəti itirərək yol ayrıcında olan “Opel” markalı avtomobilə çırpılıb. Nəqliyyat vasitəsi zərbənin gücündən işıq dirəyinə dəyərək dayanıb. Avtobus isə işıqfora çırpılıb.
Hadisənin səbəblərini Binəqədi Rayon Polis İdarəsi araşdırır.