Bakıda ərinin qətlində şübhəli bilinən qadın onunla tələbə yoldaşı olubmuş... İKİ AZYAŞLI ÖVLADLARI VAR
YENİLƏNİB, FOTO
Bu gün ərini öldürməkdə şübhəli şəxs kimi saxlanılan Gülnar Vəlizadə ilə bağlı bəzi məqamlar məlum olub.
 
Trendin məlumatına görə, o, həyat yoldaşı Elşən Hadızadə ilə birlikdə Suraxanı rayonu, Hövsan qəbəsində birotaqlı evdə yaşayıb. İki azyaşlı övladları var. 

Gülnar və Elşən vaxtilə tələbə yoldaşı olublar və öz istəkləri ilə ailə qurublarmış...

**22:28

Suraxanı rayonu, Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin qətli ilə bağlı onun həyat yoldaşı saxlanılıb.
 
Senzor.az-ın məlumatına görə,  Suraxanı Rayon Prokurorluğundan KİV-in sorğusuna cavab olaraq bildirilib ki, prokurorluq əməkdaşları hadisə yerinə hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.
 
G. Vəlizadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
 
Fakta görə, Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
 
**21:18

Yanvarın 30-da Suraxanı rayonunun  Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş bıçaq xəsarəti alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
 
Senzor.az Suraxanı Rayon Prokurorluğuna istinadən bildirir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
 
Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
 
APA-nın yaydığı məlumata görə isə kişi arvadı tərəfindən bıçaqlanıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.