Cəlilabadda ağır qəza - 3 ÖLÜ, 4 YARALI
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 

“Report” bildirir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 148 km-də, Cəlilabad rayonunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, Astara istiqamətində olan "BMW" markalı minik avtomobili qarşı istiqamətdə hərəkət edən "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. Daha sonra zərbənin təsirindən "VAZ 2107" markalı minik avtomobili əks istiqamətdən gələn "Atika" markalı yük avtomobilinə çırpılıb.
 
Qəza nəticəsində üç nəfər, Cəlilabad rayonunun Maşlıq kənd sakinləri - Adıgözəlov Tural İntiqam oğlu, Quliyev Mürsəl Alim oğlu və İsmayılzadə Qorxmaz Rahim oğlu hadisə yerində ölüb.
 
Həmçinin, həmin kənd sakinləri - 1997-ci il təvəllüdlü Vəlizadə Kamran İbadulla oğlu, 1958-ci il təvəllüdlü Şahbazov Hacıbala Balabəy oğlu, 1994-ci il təvəllüdlü Eyvazov Cahid Təbiət oğlu və Cəlilabad şəhər sakini, 1982-ci il təvəllüdlü İsmayılov Balasər Həsən oğlu isə xəstəxanaya yerləşdirilib.
 
Ölən şəxslərin "VAZ 2107" də olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.