
“Report”un məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1997-ci il təvəllüdlü Əsgərova Ləman İlqar qızı və 1993-cü il təvəllüdlü Salmanova Təbriz Rövşən qızı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.