Səhiyyə Nazirliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.
Senzor.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşdirilib.
Qeyd olunub ki, onlardan 11-i Türkiyə vətəndaşıdır.
"İki nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir", - məlumatda bildirilib.
Bu arada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) də qəza ilə bağlı məlumat yayıb.
Bildirilib ki, ötən gün axşam saatlarında Xocavənd rayonu ərazisində avtobusun qəzaya düşməsinə ilkin ehtimala görə, sürücünün idarəetməni itirməsi səbəb olub.
Xatırladaq ki, ötən gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. 16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Yaralıların vəziyyəti sabitdir və həkim nəzarətindədirlər.
Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.
**10:21
Xəbər verdiyimiz kimi, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.
Senzor.az Füzuli rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.
Füzuli Rayon Mərkəzi Xəstəxanasında olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.
**00:30
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.
Senzor.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, qəza axşam saatlarında Xocavənd rayonu ərazisində baş verib.
Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən bir neçəsi xəsarət alıb.
Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar barədə daha ətraflı məlumat veriləcək.