Bakı metrosunda insident yaşanıb.
Senzor.az bildirir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hadisə "Azadlıq prospekti" stansiyasında, Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatar yolunda baş verib.
Axşam saat 21:54 radələrində stansiyada olan sərnişinlər arasından orta yaşlı bir qadın qatar yoluna düşüb.
Hadisə qatar stansiyaya daxil olarkən baş verib. Təlimata uyğun olaraq, dərhal gərginlik çıxarılıb, təcili tibbi yardımla əlaqə saxlanılıb. Qadın stansiya yolundan çıxarılıb. On dəqiqə sonra gərginlik verilib, qatar yola salınıb.
İlkin ehtimala görə, qadının intihara cəhd etdiyi bildirilir.
B. Məmmədov əlavə edib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.