Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ rayonunun Vəndam qəsəbəsində baş vermis yanğınla bağlı məlumat yayıb.
Senzor.az FHN-ə istinadən bildirir ki, , hadisə zamanı ümumi sahəsi 1 000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (aptek, mağaza və.s) ibarət tikilinin yanar konstruksiyaları 400 m² sahədə yanıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
**20:41
Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən bazarda aptek və gözəllik salonu da daxil olmaqla 12 obyektdə güclü yanğın olub.
Senzor.az-ın məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Bir az əvvəl FHN Mətbuat Xidmətindən bildiriblər ki, Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində alovun qarşısı qısa müddətdə alınıb.
Hadisənin başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.