Tovuzda oğlu tərəfindən qətlə yetirilən şəxs uzun müddət vəzifədə çalışıbmış... TƏFƏRRÜAT
YENİLƏNİB
Tovuz rayonunda qətlə yetirilən şəxs uzun müddət müxtəlif vəzifələrdə çalışıbmış.
 
"Report"un məlumatına görə, hadisədən əvvəl 1947-ci il təvəllüdlü Qamət Əliyev və oğlu, 1980-ci il təvəllüdlü Ceyhun Əliyev Bakı şəhərindən rayonun Hunanlar kəndində olan evlərinə gediblər.
 
Onlar yolda olan zaman qohumları Rasim Quliyevə zəng edərək evin sobasını yandırmasını və yemək-içmək hazırlamasını xahiş ediblər.
 
Ata və oğlu evə çatana qədər qohumları süfrəni hazırlayıb. R.Quliyevə də əyləşib yemək yeməsi təklif olunub, lakin o, mal-qaraya baxmalı olduğunu bildirib və evdən çıxaraq gedib.
 
Hadisə zamanı evdə C.Əliyevlə atası Q.Əliyev ikisi olub. R.Quliyev isə güllə səsini eşitdikdən sonra yenidən ora qayıdıb. O, evin həyətində C.Əliyevi görüb və nə baş verdiyini soruşub. Ceyhun cavabında atasını "Vinçester" silahı ilə güllələdiyini deyib.
 
Q.Əliyev sinəsindən 5 güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib.
 
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə özü polisə zəng edərək cinayət hadisəsini törətdiyini bildirib.
 
Ata və oğul arasında daha əvvəl ciddi münaqişənin olmadığı bildirilir.
 
C.Əliyev ailəli olub, 2 övladı var. Onun övladlarından biri 10-15 gün öncə dünyaya gəlib. C.Əliyevin psixoloji problemləri olduğu, onun bir müddət Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında müalicə aldığı bildirilir.
 
Qətlə yetirilən şəxs uzun müddət Bakı şəhərində "Avtobaza"nın, "Taksi Park"ın və Təchizat İdarəsinin müdiri vəzifələrində çalışıb. Onun iki oğlu və bir qızı var.
 
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
**10:18

Tovuzda qətl hadisəsi baş verib.
 
Senzor.az bildirir ki, hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.
 
Kənd sakini, 1947-ci il təvəllüdlü Qamət Əliyev oğlu-1980-ci il təvəllüdlü Ceyhun Əliyev tərəfindən odlu silahla qətlə yetirilib.
C.Əliyevin psixoloji problemlərinin olduğu bildirilir...
 
Artıq hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti də məlumat yayıb.
 
Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinə fevralın 14-də Hunanlar kəndində yaşayan ruhi xəstə C.Əliyevin evində münaqişə zəminində odlu silahdan açdığı atəşlə atası 75 yaşlı Qaməti öldürməsi barədə daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
 
Ondan cinayətin aləti olan qanunsuz saxladığı “Vinçester” markalı silah götürülüb.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.