Bakıda şagirdlər arasında kütləvi dava – POLİS ARAŞDIRMA APARIR
VİDEO
Bakıda məktəblilər arasında kütləvi dava baş verib.
 
Senzor.az-ın məlumatına görə, hadisə Xətai rayonunda yerləşən 116 saylı məktəbin yaxınlığında baş verib.
 
Davada iştirak edən yeniyetmələrin də həmin məktəbin şagirdləri olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, məsələ araşdırılır: “Yayılan görüntülərdən məlumatlıyıq. Hazırda araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək”.
 
Bu arada hadisədə adı hallanan 116 nömrəli tam orta məktəb insident barədə məlumat yayıb. 
 
Məlumatda deyilir ki, 14 fevral tarixində məktəbin iki nəfər X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) arasında dərsdən sonra mübahisə və münaqişə yaranıb. Münaqişə zamanı heç bir şagird xəsarət almayıb və hər iki şagird bu gün dərsdə iştirak edib.
 
Məsələ ilə bağlı münaqişədə iştirak edən şagirdlərdən izahat alınıb və onların valideynləri məktəbə çağırılıb. Eyni zamanda məktəbə hüquq-mühafizə orqanlarının nümayəndələri dəvət olunub.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.