Bu gün saat 13 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda metronun “Ulduz” stansiyasının yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, məlumat qəbul ediləndən dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, ümumi sahəsi 800 kv.m olan beton konstruksiyadan ibarət talvarın altında yerləşən yüngül metalların presləmə sexində tullantılar və bitum qalıqları yanır.
Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumilikdə 50 kv.m sahədə metal tullantıları və bitum qalıqları yanıb. Sex və dəzgahlar yanğından mühafizə olunub.