İranda Hərbi-Hava Qüvvələrinə məxsus "F-5" qırıcı təyyarəsi qəzaya uğrayıb.
“İRNA” agentliyi xəbər verir ki, hadisə Təbriz şəhərində baş verib.
Təlim təyyarəsi Şəhid Əlipur adına İdman kompleksinin binasının üstünə düşüb.
İranın fövqəladə hallar xidmətinin sözçüsü Mucteba Haledi qəza nəticəsində bir nəfərin öldüyünü təsdiqləyib. Şəhər valiliyi isə ikisi pilot və biri mülki vətəndaş olmaqla üç nəfərin həlak olduğunu yazıb.
Qəzanın səbəbləri araşdırılır.