İmişli sakini həmyerlisini güllələdi - YENİLƏNİB
 
Daxili İşlər Nazirliyi (DİN) İmişli sakininin güllələnməsi ilə bağlı məlumat yayıb.
 
DİN-in Mətbuat Xidmətindən senzor.az-a daxil olan məlumatda deyilir: "İmişli Rayon Polis Şöbəsinə fevralın 22-də Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə sakini Xalid İbrahimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə Buludlu kənd sakini Namiq Xankişiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil oub.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.İbrahimov saxlanılıb. Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb".

**11:20

İmişli sakini həmyerlisini güllələyib.
 
“Report”un məlumatına görə, hadisə fevralın 22-də rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.
 
Belə ki, 1981-ci il təvəllüdlü Xalid İbrahimov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qisas almaq niyyəti ilə özünə məxsus ov tüfəngi ilə Namiq Xankişiyevin ayaq nahiyəsinə iki dəfə atəş açaraq xəsarət yetirib.
 
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.