Şəmkir rayonunda qətl hadisəsi törədilib.
"Report"un məlumatına görə, İrmaşlı kənd sakini, 1998-ci il təvəllüdlü Aytac Famil qızı Piriyeva kəndin kənarında, boş sahədə bıçaqla boğazı kəsilərək qətlə yetirilib.
Hadisəni törətməkdə onun əmisi oğlu, 1998-ci il təvəllüdlü Piri Əli oğlu Piriyev şübhəli bilinir. O, könüllü olaraq polisə təslim olub.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, əvvəllər ailəli olmuş A.Piriyeva bir müddət öncə rayon mərkəzindəki kompüter kursuna gedib. Qadının orada kollektivlə çəkilən fotolarını görən P.Piriyev əmisi qızını qısqanıb və buna görə də tərəflər arasında mübahisə yaranıb. Bu zaman əmisi qızını avtomobilə əyləşdirib kəndin kənarınakı boş sahəyə aparıb və orada boğazını kəsərək qətlə yetirib.
Qeyd edək ki, A.Piriyeva boşandıqdan sonra anası və qardaşı ilə birgə qalırmış, onun azyaşlı bir oğlu var. Hadisəni törətməkdə şübhəli bilinən P.Piriyev isə subaydır. Onların hər ikisinin ataları dünyasını dəyişib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.