Zahid Oruc: “Qarabağda daimi yaşayan ailələrin üçüncü uşaq siyasəti stimullaşdırılmalıdır”

“Qarabağa və azad torpaqlara qayıdan, orada daimi yaşayan ailələrin üçüncü uşaq siyasətini stimullaşdıran yeni dövlət proqramına ehtiyac duyulur”.

 

Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

 

Onun sözlərinə görə, 2024-cü ilin əsas hadisəsi Ermənistanla sülh müqaviləsi və təkcə Zəngəzur və İran üzərindən deyil, bütün kommunikasiyaların açılması olacaq: “O zaman ölkəmizin nəqliyyat-logistika sistemi Türkiyə, Çin, İran və Rusiya ilə ayaqlaşa biləcəkmi? Söhbət təkcə Bakıdan Qarsa gedən yolun Zəngəzurla müqayisədə 220 km çoxluğunda deyil, məsafənin qısalması ilə indinin özündə beynəlxalq statuslu daşıma şirkətlərinin azlığı, tariflər, bütün növ nəqliyyat parkının vəziyyəti və mütəxəssis çatışmazlığı bizi narahat etməlidir, əks halda yolların açılmasından daha çox xarici kompaniyalar qazanacaq. Əlbəttə, dövlətimizin sülh savaşını da udmasını heç bir iqtisadi gəlirlə ölçmək olmaz, bununla belə, Ermənistanın Türkiyə və Azərbaycanla bütün kommunikasiyaların açılması perspektivinə biznes strukturlarını hazırlamaq faydalı olar”.

 

“Azərbaycanda demoqrafik dinamikaya 2024-cü ilin büdcəsi necə təsir edəcək? Dörd il əvvəl, 29 yanvar 2019-cu ildə dövlət proqramının yekunlarına həsr olunan konfransda ölkə rəhbəri “əhali nə qədər çox olarsa, ölkəmiz o qədər sürətlə inkişaf edər” bəyanatı ilə ailə institutunun qorunması və inkişafı, milli genofondumuzun gələcəyi, ordumuzun əsas nüvəsi olan gənclərlə qürur duyduğunu bəyan edib. Lakin bu günlərdə bir xarici ekspertin “Ermənistanda doğum səviyyəsi artır, Azərbaycanda azalır” sərlövhəli müsahibəsi geniş rezonans doğurub. Əlbəttə, demoqrafiya məsələsinin də siyasiləşdirildiyi bəllidir, ona görə əhali artımının da qələbə amili sayılması ölkəmizə qətiyyən irad tutula bilməz. Lakin son 100 illik tarixdə ilk dəfə Azərbaycanda doğum əmsalı azalmağa meyillənib”, - deputat qeyd edib.

 

Z.Oruc bildirib ki, Ermənistan son üç ildə hər qadına düşən doğum əmsalı parametrinə görə digər ölkələri tarixində ilk dəfə qabaqlayıb: “Gürcüstanda patriarx İlya ikinci və üçüncü uşaqları özünün xaç suyuna salacağını elan edəndən sonra doğum səviyyəsi artıb. Azərbaycanda 20 il əvvəl - 2002-ci ildə ən az doğum səviyyəsi olub, cəmi 100 000 uşaq. Ermənistanda daha az, cəmi 32 min, yəni üçün birə nisbətində olub. Xatırladaq ki, 1950-ci ildə fərq iki dəfə idi. Ekspertlərin fikrincə, Ermənistanda körpə bumu analıq kapitalının məbləğinin artması ilə əlaqəli olub. Üçüncü uşaq üçün 2,5 min dollar, dördüncü və sonrakı uşaq üçün 4 min dollar ödənilir. Ona görə də Ermənistanın demoqrafik artımı dövlətin demokratik iqtisadi inkişaf siyasəti ilə bağlaması və Azərbaycanda əhali sayının azalarsa, onlar səbəbindən “Qarabağa tam məskunlaşa bilməyəcəklər” kimi, əslində, özlərinin yaşadıqları sindromu və məğlubiyyətin səbəblərindən birini ölkəmiz üçün təbliğ etmələrinə yol verməməliyik. Qələbə tarixini yazan ölkəmizdə əhalinin demoqrafik dinamikasının düzgün statistik bazasının yaradılması vacibdir. Ölkəmizdə 2022-ci ildə ana bətnlərində məhv etdiyimiz uşaqların sayı 58 mindir, 15 065 nikahdan 6 920-si boşanıb və əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb və belə mənfi tendensiyanı yalnız məqsədli dövlət siyasəti durdura bilər. Ona görə də Qarabağa və azad torpaqlara qayıdan, orada daimi yaşayan ailələrin üçüncü uşaq siyasətini stimullaşdıran yeni dövlət proqramına ehtiyac duyulur”.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.