Ermənistan fəlakətin astanasında - Şəxsi ambisiyaların NÖVBƏTİ QURBANI
TƏHLİL

Ermənistan XİN-i iki aylıq fasilədən sonra Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verdi. Nəzərə almaq lazımdır ki, bu, Azərbaycan rəsmilərinin bütün səviyyələrdə "Ermənistan ancaq danışır, rəsmi Bakının konkret təkliflərinə 2 aydır ki, cavab ala bilmirik" məğzli bəyanatlarından sonra baş verdi. Başqa sözlə desəm, Ermənistan XİN-i Azərbaycanın təzyiqlərindən sonra cavab vermək məcburiyyətində qaldı.

 

İrəvanı məcbur edən səbəblər:

 

1. Ermənistan beynəlxalq məhkəmədən irəli sürdüyü iddia ilə bağlı istədiyi cavabı ala bilmədi. 

2. Rəsmi İərəvan ona havadarlıq sözü verən xarici dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana təzyiqinin heç bir mənasının olmadığını, hər hansı bir işinə yaramadığını gördü

 

İndi artıq masa üzərində yeni təkliflər var və bu sülh sənədinin 6-cə redaktəsi olacaq.

 

Prezident İlham Əliyevin son mesajları Ermənistan üçün addımlarından növbəti nəticəni çıxarmaq baxımından rəsmi İrəvana olduqca vacib hesab edilə bilər. Necə ki, bunu dövlətimizin başçısı iraqlı həmkarı ilə Bakıdakı görüşündə mətbuata bəyanatları zamanı hər şeyi çox aydın şəkildə izah etdi: "Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi isteblişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq". 

Prezident bu açıqlama ilə bir daha Ermənistana bəyan etmiş oldu ki, öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Azərbaycan Prezidenti bu açıqlama ilə eyni zamanda Fransanı revanşist meyillərə köklənən Ermənistana dəstək verməkdə, ermənilərin revanş istəklərini, arzularını artırmaq istiqamətində fəaliyyətdə ittiham etdi.


Fransa faktiki olaraq Ermənistanı Azərbaycanla növbəti müharibəyə sürükləməklə məşğuldur. Reallıq reallığında qalır ki, Ermənistan müstəqillik əldə edəndən sonra Fransa ilə diplomatik münasibətləri hər zaman yaxşı olub. Bu, 44 günlük müharibənin gedişatında da, Vətən müharibəsindən sonra Fransa hökümətinin hər iki palatasının gorbagor olmuş qondarma rejimin "müstəqilliyini" tanıması da rəsmi Parisin İrəvana olan sevdasından xəbər verir. Adicə mer səviyyəsində belə Fransa əlindən gələni etməyə çalışdı ki, Bakıya təzyiq göstərsin, qondarma rejimin revanş istəklərinin sönməsinə imkan verməsin. Amma yekunda nəticə yenə də eyni oldu.

 

19-20 sentyabr tarixlərində keçirilən lokal antiterror tədbirlərindən sonra Fransa daha çox meydanda görünməyə başladı. Səbəbsiz deyil: rəsmi Paris anlayırdı ki, Cənubi Qafqazda peyda olmaq, "yoxdan var olmaq" üçün Qarabağ məsələsi, separatçılığın mövcud olması olmazsa olmazdır. İndi ona görə Fransa daha aqressiv və açıq şəkildə Azərbaycana qarşı müxtəlif cəbhələrdə məkrli niyyətini ortaya qoymaqdadır.

 

Çünkü Fransa anlayır ki, orbitinə daxil etdiyi Ermənistanı revanşa təhrik etməklə sülh danışıqlarına mane ola biləcək. Beləcə, Paris Afrika qitəsində uduzduqlarını məhz Cənubi Qafqazda hər hansı bir şəkildə bərpa etməyə can atır. Təbii ki, proseslərin bu cür cərəyan etməsi isə gərginliyin əhatə dairəsini genişləndirir. Burada Rusiyanın, Türkiyənin maraqlarının da olduğunu nəzərə alsaq, o zaman Ermənistan siyasi rəhbərliyinin hansı riskə getdiyini başa düşmək elə də çətin deyil. 

Aydın məsələdir ki, Fransa - Qərb və ABŞ-ın regionumuzda mövcud olmaq istəyinin arxasında ilk növbədə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq niyyəti durur. Belə olan təqdirdə isə Qərbə yaxın kömək edəcək tək dövlət Ermənistandır. Qərbin Ermənistanın üzərində bu qədər fokslanmasının əsl səbəbi bu məsələdən daha da aydın olur. Fransa üçün Ermənistanın gələcəyi önəmli deyil, ona öz maraqları, öz məqsədləri vacibdir. İrəvan bu mövzuda sadəcə vasitədir, istifadə olunduqdan müəyyən müddət sonra lazımsız bir əşya kimi kənara qoyulacaq.

 

Nəticə eyni olacaq. Yaranacaq növbəti eskalasiyada heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr.

 

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar. Əks halda Ermənistan Qərbin ambisiyalarının növbəti qurbanı kimi tarixin yaddaşına həkk olunacaq.

 

Fransanın Azərbaycana qarşı etdikləri sadəcə Ermənistana dəstək vermək deyil. Rəsmi Paris bu gün daha geniş çərçivədə Azərbaycanla düşmənçilik aparır. Bunu artıq 3 ildir ki, baş verən proseslər, Azərbaycana qarşı adi mer səviyyəsindən tutmuş, Emmanuel Makrona qədər atılan addımlar, verilən bəyanatlar, qəbuil edilən qərara qədər hər şey açıq şəkildə təsdiq edir. 

Rəsmi İrəvan anlamalıdır ki, İkinci Qarabağ müharibəsində vəziyyətə heç nə təsir etmədiyi kimi, bu gün də eyni situasiya mövcuddur. Nəzərə alsaq ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra istər diplomatik, istərsə də hərb meydanında gücü və əli bir xeyli güclənib, daha punktual şəkil alıb, o zaman Ermənistanın Azərbaycanla yeni müharibə ritorikası bu ölkənin dönüşü olmayacaq faciə ilə üz-üzə qalmasına səbəb ola bilər.

 

Özü də 44 günlük müharibənin gedişində və ondan sonrakı mərhələdə əgər Ermənistana ən çox havadarlıq edən İranla Azərbaycanın diplomatik münasibətləri dözülməz həddə çatdısa, bu gün artıq Bakı ilə Tehran arasında yenidən münasibətlər müxtəlif istiqamətlərdə sürətlə yeni mərhələsinə qədəm qoymaqdadır... Belə olan təqdirdə Azərbaycan Ermənistanın əlini bir qədər də zəiflətmiş sayılır. Çünki İranın Ermənistan üçün geridə qalan 3 il ərzində etdikləri hər kəsə gün kimi aydındır. İndi Bakı Tehranla münasibətləri tənzimləməklə eyni zamanda İrəvanı regionda daha da təcridetmə və bu kimi digər məhrumiyyətlərlə üz-üzə qoyur.

 

O zamana kimi ki, Ermənistan Azərbaycanla ikitərəfli formada görüşlərə razılıq verib, sülh istiqamətində əməli-praktiki addımlar atmaq qərarını rəsmən elan edəcək. 

 

Fransanı da narahat edən budur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.