"Siyasi təlxək"lərin yeni şousu: ONLAR ÖZLƏRİNİ NECƏ RÜSVAY EDİR?
ELÇİN ALIOĞLUNUN YAZISI

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. "Zəfər seçkiləri" adlanan bu prosesə hazırlıq tamamlanmaq üzrədir və yanvarın 15-də ölkə miqyasında, habelə soydaşlarımızın yaşadıqları bütün dövlətlərdə təbliğat-təşviqat işləri başlanacaq.

 

Ölkədəki seçki prosesi ilə yanaşı, paralel proses də start götürüb. Xarici ölkələrə sığınan və sonradan "müstəqil bloqer" olanlar, deportasiya olunmamaq üçün "müstəqil siyasi-ictimai xadim"lərə çevrilənlər, fərqli və çeşidli xüsusi xidmət təşkilatlarının ən primitiv, sıradan agentinə dönərək pul qazanmağa çalışan "siyasi lider"lər və s. - bütün bu "element"lər ifrat dərəcədə aktivləşiblər.

 

Onların bəyanatları, sosial şəbəkələrdəki paylaşımları, videohostinq və videostrim servislərindəki canlı yayımları prosesin müxtəlif şəxslər tərəfindən həyata keçirilməsinə rəğmən vahid ssenari, taktika və göstərişlər əsasında icrasını göstərir.

 

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı ölkədəki radikal müxalifət düşərgəsinin davranışı da maraqlıdır. Belə ki, onillərdən bəri "Hakimiyyət bizimdir!", "Biz gəlirik!", "Az qaldı!" şüarlarını fasiləsiz bəyan edən dəstələr indi seçkiləri boykot edirlər.

 

Yeni taktika deyil və radikal müxalif qüvvələr əvvəlki prezident, parlament və bələdiyyə seçkilərində də analoji davranış modelini sərgiləmişdilər.

 

Fəqət, indi vəziyyət fərqlidir: radikallar arasında boykot yolunu tutmayaraq seçkilərə namizəd qismində qatılmaq istəyənlər də vardı.

 

Situasiya qəribə təsir bağışlaya bilər, amma bu zahirən belədir. Baş verənlərin mahiyyəti və forması maraqlı olduğundan, kiçik araşdırmaya zərurət duyulur.

 

...Seçkilərlə bağlı Qərbin mövqeyində ciddi fərqlər var. Belə ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Avropa İttifaqı ilə Fransanın mövqeyi radikal müxalifət düşərgəsinin birmənalı olaraq boykot taktikasını seçməsidirsə, ABŞ yerli siyasətçilərə seçkilərə mütləq şəkildə qatılmağı tövsiyə etmişdi.

 

Paris və Brüsselin taktikası primitiv, amma müxtəlif ölkələrdə indiyədək dəfələrlə uğurla sınaqdan çıxarılmış taktikadır. Seçkilərə qatılmayaraq boykot bəyanatı verən siyasətçilər və siyasi partiyalar prosesdən könüllü şəkildə kənarda qalmaq qərarları ilə ümumiyyətlə, seçkilərin saxta, qanunsuz və demokratik prosedurlara zidd olduğunu göstərməyə çalışırlar.

 

Azərbaycanda da bu köhnə, klişeyə çevrilməsinə rəğmən hələ də işlədilən taktika işə salınıb.

 

Ölkə müxalifətinin radikal düşərgəsinin mənsubları növbəti dəfə boykota əl ataraq seçkilərin qeyri-legitim olduğunu iddia edərək "demokratik müxalifətin prosesə könüllü olaraq qatılmaması"nı vurğuladılar.

 

Avropa İttifaqı və Fransa eyni prosedurları indiyədək Şərqi Avropa ilə postsovet məkanının bir sıra ölkələrində reallaşdırdıqlarından analoji əməliyyatı Azərbaycanda da gerçəkləşdirməklə real siyasi dividentlər əldə edəcəyini düşünürdü.

 

Taktika ölkə daxilində olan, son onillər ərzində fəaliyyətləri ilə özlərini zəiflədən, nüfuz və populyarlıqlarını itirərək marginallaşan AXCP ilə Müsavatın icrası üçün nəzərdə tutulmuşdu.

 

Məhz sözügedən siyasi dərnəklər - çünki partiya fəaliyyətinin spektr və miqyası tələblərinə artıq cavab vermirlər - boykota əl atdıqlarını vurğuladılar.

 

Daha sonra onlara seçkilərə namizəd qismində qatılmaq istəyən, amma namizədlikləri rəsmi qeydiyyata alınmayan şəxslər qatıldılar. Təbii ki, boykotu dəstəkləyənlər arasında özlərini siyasi lider sayanlar və qeydə alınmamalarını hakimiyyətin onların potensial uğurundan çəkinməsi ilə əlaqələndirən maraqlı personajlar da var.

 

Nominal olaraq sədrlik etdiyi siyasi partiyanın rəsmi qeydiyyata alınması üçün mövcud qanunvericiliyin şərtləndirdiyi 5 min imzanı toplaya bilməyən şəxs prezidentliyə namizəd olmaq üçün 40 min imzanı necə əldə edəcəkdi - bu barədə susurlar.

 

Azərbaycanda indiyədək göstərdikləri fəaliyyətlə məramlarını tam aşkar edən, mərkəzi ofisləri ABŞ-da yerləşən "müstəqil" və "beynəlxalq" fondlarla strukturlar isə tam əksinə, ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərinə mümkün qədər çox namizədin qatılmasını tələb edirdilər.

 

Məhz tələb - təklif yox. Çünki onlar illərdən bəri maliyyələşdirdikləri və idarə etdiyi marionetlərin mövcud şəraitdə irəli çıxmalarını, konkretləşdirilmiş ssenaridə onlara həvalə olunmuş rolları mümkün qədər inandırıcı oynanılmasını istəyirdilər.

 

Partiyasını rəsmi qeydiyyata aldıra bilməyən, icarəyə götürdüyü 1 otağın (cəmi 25,4 kvardart metr) aylıq 150 manatdan ibarət icarəsini ödəyə bilmədiyi üçün "mərkəzi ofisi"ni itirən, başçılıq etdiyi təşkilatın real üzvlərinin 30-40 nəfərdən çox olmamasına rəğmən "partiya lideri"ndən, ABŞ-da yaşayan və sutkanın əksər hissəsini çoxsaylı psevdomüstəqil YouTube kanallarına müsahibələr verməklə keçirən siyasi friklərə qədər ən müxtəlif fərdlər seçkilərdə namizəd qismində iştirak etmək niyyətilərini açıqladılar.

 

Tragikomediya vəziyyətini xatırladaq bu proseslər o həddə çatdı ki, hətta təlimatlara riayət edən bloqerlər belə, seçki marafonuna qatılmaq istədiklərini dedilər. Təbii ki, onlar niyyətlərinin absurd olduqlarını əla bilirdilər: həmin şəxslərin heç biri (!) tələb olunan imza sayını toplamaq üçün Azərbaycan cəmiyyətində yetərli nüfuza və siyasi çəkiyə malik olmamaqla yanaşı, heç biri təbliğat-təşviqat kampaniyasını aparmaq üçün ölkəmizə qayıtmaq fikrində deyildi.

 

Səbəblər trivialdı: bu adamların istisnasız olaraq hamısı Azərbaycanın Cinayət Məcəlləsinin fərqli maddələri ilə qiyabi axtarışa verilmiş şəxslərdir.

 

Biri yaratdığı və başçılıq etdiyi qeyri-hökumət təşkilat vasitəsilə külli miqdarda qrant alaraq sonradan o pullardan şəxsi mənafeyi və varlanmağı üçün istifadə edib; digəri sadəlövh vətəndaşlarımızın bir qrupunu yüksək maaş və əla yaşam illüziyaları ilə aldadaraq müahcirətə sövq edib, həmin adamların böyük məbləğdə pullarına yiyələnib və vədlərinin də, təbii, heç birinə əməl etməyib: başqa biri siyasi fırıldaqçı və möhtəkir olduğu üçün elə radikal müxalifət düşərəgəsində sürəkli nifrət obyektdir.

 

Durumun digər yönü isə boykota əl atanlarla seçkilərə qatılmaq fikrində bulunmuşlar arasında kəskin qarşıdurmanın, hətta düşmənçiliyin yaşanmasıdır.

 

ABŞ-dakı fondların və təşkilatların göstərişi ilə hərəkət edənlər Fransa və Avropa İttifaqının xüsusi xidmət orqanlarının tam kontrolunda olanların boykot çağırışlarını xəyanətkarlıq, yaramazlıq və yarıtmazlıq hesab edirlər.

 

Qarşı tərəf də onları suçlayanları eyni sözlərlə təhqir edir, aşağılayır.

 

Düşərgələnmənin güclənərək parçalanma həddinə çatması Azərbaycanın radikal müxalifəti ilə xarici ölkələrdəki psevdosiyaysətçilərlə saxta bloqerlər üçün yeni hadisə deyil.

 

Elə bu səbəbdən də onlar həmişəki kimi, məğlubiyyətə düçardırlar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.