Əkrəm İmamoğlunun dindirilməsi başa çatdı - MƏHKƏMƏ QƏRARI SƏHƏR SAATLARINDA ELAN OLUNACAQ
FOTO/VİDEO

Prokurorlar İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun şəhərin Ədliyyə Sarayında dindirilməsini başa çatdırıblar.

 

Bu barədə “Haberturk” telekanalı mənbələrinə istinadən xəbər verib.

 

“Halk TV”nin məlumatına görə, İmamoğlu barəsində qətimkan tədbiri ilə bağlı məhkəmə qərarının bazar günü səhər saatlarında çıxarılacağı gözlənilir. 

 

Oxşar bəyanatı Türkiyənin aparıcı müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özəl İstanbul meriyasının qarşısında keçirilən mitinqdə səsləndirib.

 

**


Senzor.az bildirir ki, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özəl həbsdə olan Əkrəm İmamoğlu və ailəsinə dəstək olmaq üçün İstanbuldakı Ədalət Sarayına gəlib.

 

Saraçhanedəki mitinqdən sonra Özəl İmamoğlunun həyat yoldaşı Dilek və oğlu Səlimlə birlikdə məhkəmə binasına gəlib. İYİ Partiyasının sədri Müsavat Dərvişoğlu da Ədalət Sarayında Özəl və İmamoğlu ailəsi ilə görüşüb. 

Onlar digər siyasətçilər və İstanbul meriyasının əməkdaşları ilə birlikdə İmamoğlu və digər 90 şübhəli barəsində həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə qərarını gözləyirlər.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da hazırda İstanbulda olduğu bildirilir.

 

Xatırladaq  ki, Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.