Sülh sazişi NECƏ OLACAQ?
ELÇİN ALIOĞLUNUN YAZISI

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesi ilə bağlı müəyyənr nikbinlik var. Lakin bu, sənədin yaxın vaxtlarda imzalanması anlamına gələ bilməz.

 

Artıq 30 ildir ki, Azərbaycanla Ermənistan müharibə vəziyyətindədir. Ölkəmizin ərazilərinin 20 faizinin erməni işğalında olduğu, yüz minlənlə vətəndaşımızın qaçqın və məcburi kökçün həyatı yaşadığı dönəmlərdə sülh sazişinin imzalanması illüziya təsiri bağışlayırdı.

 

İrəvan çoxillik münaqişəyə son qoymaq, sülh müqaviləsini imzalamaq, sərhədləri müəyyənləşdirmək və regional kommuikasiyaları bərpa etmək niyyətində olduğunu bəyan edir.

 

Belə bəyanatlar ötən il də çox olub, indi də fasiləsiz səslənir.

 

Ermənilər gerçəkdən də, sülh istəyirlərmi və ya onların məramları nə qədər ciddidir?

 

Əfsuslar olsun ki, hər iki sualın cavabı qeyri-müəyyəndir.

 

Təbii, Cənubi Qafqaz müharibələrdən, silahlı toqquşmalardan yorulub və əhalinin rifahına xərclənəsi maliyyə vəsaitinin silah-sursatla hərbi texnikaya sərf edilməsini ən məqbul fəaliyyət variantı hesab etmir.

 

Ermənistanın baş naziri Nikol Paşinyanın ritorikasına nəzər salsaq, o, Azərbaycanla sülh sazişinin maksimum dərəcədə tez imzalanmasında maraqlıdır.

 

İrəvandakı isteblişment onu da vurğulayır ki, Azərbaycanla şərti dövlət sərhədinn delimitasiyası və demarkasiyası prosesində mümkün qədər intensivləşmənin də tərəfdarıdır.

 

Bütün bunlar yaxşı səslənir - reallıq fərqli olmasaydı.

 

Sülh sazişi ilə bağlı ötən il Azərbaycanın təkliflərinin yeni variantını alandan sonra N.Paşinyanın komandası tam 70 gün susdu. 70 gün təkliflərin dəyərləndirilməsi, habelə gərəkli şərhlər və zəruri əks-arqumentlərlə müşayiət olunan cavabın hazırlanması üçün həddən ziyadə zaman idi.

 

Amma rəsmi İrəvan cavabı gecikdiərərk vaxt qazanmağa çalışırdı və düşünürdü ki, onun susduğu dönəmdə Fransa ilə Avropa İttifaqı verdikləri vədlərə əməl edəcəklər, Azərbaycana qarşı cəza sanksiyaları tətbiq olunacaq və sülh sazişi də Ermənistanı tam qane edəcək şərtlərlə imzalanacaq.

 

Fransa prezidenti Emmanuel Makron və onun administrasiyası ermənilərt əmin etmişdilər ki, əvvəlcə BMT-nin Təhlükəsizlik Şurasında, daha sonra Avropa İttifaqında, Avropa Şurasının Parlament Assambleyasında və sonda da Avropa Parlamentində Azəröbaycana qarşı genişmiqyaslı kampaniyalar aparılacaq, Bakı sanksiyalar və embarqolara məruz qalacaq. Həmin  ssenariyə görə, Qərbin pressinqdən qurtulmağa çalışacaq Bakı ermənilərin şərtlərini qəbul edərək sülh sazişini məhz İrəvanın diktə etdiyi prinsiplər əsasında imzalayacaq.

 

Plan təfərrüatlı şəkilə hazırlanaraq həyata keçirilmək üçün ağır ballastlardan xali olsa da, Bakı fransızlarla ermənilərin birgə oyunlarına imkan vermədi.

 

2023-ci ilin sonlarında Azərbaycandan Ermənistana ünvanlanan yeni messicdə sülh sazişinin imzalanması ilə bağlı effektiv və kosntruktiv variant təklif olundu: sənəd iki ölkə arasında, vasitəçilərsiz imzalanmalıdır.

 

Sülh sazişi prosesi ilə bağlı ABŞ, Avropa İttifaqı, Fransa va Rusiya arasındakı qarşıdurma əslində indi də davam edir. Tərəflərdən hər biri vasitəçi olmağa çalışır, sazişə qarant rolunda çıxış etməyə hazır olduğunu vurğulayır. Halbuki sülh sazişinin təminatçılara və qarantlara zərurəti yoxdur: Azərbaycanla Ermənistan öz aralarında müzakirələr apararaq yekun nəticəyə gələ bilərlər. Vaşinqton, Paris, Brüssel və Moskvanın məramı isə yalnız vasitəçilik missiyası ilə kifayətlənmir: onlardan hər biri prosesin bilavasitə iştirakçısına çevrilməyə can atır.

 

Maraqlı tərəflər arasında belə primitiv geosiyasi oyun gedərkən rəsmi Bakı daha bir təklif səsləndirdi: şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosedurları heç bir halda sulh sazişi mətninə daxil olunmamalıdır. Olunarsa, prosedurlar artacaq, proses ağırlaşacaq və yekun nəticənin əldə olunması dəfələrlə çətinləşəcək.

 

Onu da unutmayaq ki, vasiətçilik iddiasında olan tərəflərin hər birinin Cənubi Qaqaz bölgəsində öz merkantil maraqları var. Həmin geosiyasi maraqların məcmusu eskalasiya, gərginlik və vəziyyətin daha da ağırlaşmasıdır.

 

Ötən ilin dekabrında Bakı və İrəvanın ikitərəfli bəyanatından sonra sülh saziinin imzalanması prosesinin aktivləşməsi barədə bəyanatların sayının artması nikbinlik üçün səbəb ola bilərmi?

 

Müəyyən mənada, çox kiçik ehtimalla ola bilər. Çünki proses olduqca mürəkkəb konstruksiyaya malik olaraq vasitəçi (oxu: mənfəətçi) olmaq istəyən tərəflərin intriqaları, Azərbaycanla Ermənistandakı proseslərin daxili dinamikasının sürətlənməsi, ikitərəfli müzakirələrin bağlı qapılar arxasında qalan təfərtüatları və s. ilə zənginləşib.

 

Sülh müqaviləsinin imzalanması prosesinin bölgədə dayanıqlı sülhlə stabilliyin bərqərar olmasına təkan verəcəyini düşünmək zələ tezdir. Sülhün əldə olunması üçün effektiv əməkdaşlıq gərəkdir. Əməkdaşlıq isə özündə tərəflərin hər birinin maraqlarının təminatı və qarşılıqlı mənfəətin reallaşmasını ehtiva edir. Məhz kənar güclərin, indi vasitəçi olmağa çalışan ABŞ, Fransa və Avropa İttifaqının destruktiv fəaliyyəti nəticəsində son onillərdə Bakı üçün yaxşı olan İrəvan üçün pis, İrəvan üçün pis olansa Bakı üçün yaxşı olub.

 

Sadalanan məqamlardan ABŞ, Fransa, Avropa İttifaqı və Rusiyanın əsas məqsədləri Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılması, yükdaşımaldarın təmin edilməsidir. Kollektiv Qərb hesab edir ki, bunun üçün sülh sazişinin imzalanması əsas şərt deyil: yəni müqavilə sonra da imzalana bilər.

 

Qərbin sülh sazişini ləngitmək, problemin həllini uzatmaq niyyəti aşkardır.

 

Belədirsə, vasitəçi olmaq istəyənlərin niyyətlərinə inanmaq, məramlarının yardım olduğunu düşünmək sadəlövhlük deyilmi?






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.